"Hazırda Azərbaycanda 500-ə qədər şəxs karantində saxlanılır".
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən lazımi yaxmalar götürülüb:
"Onların heç birində koronavirus aşkar edilməyib. Karantində olan şəxslərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır".
V.Əliyev xatırladıb ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir:
"Hətta ev şəraitində müalicəsi də mümkündür. Dünyada bu virusa yoluxanların təxminən 4-5 faizi ağır şəraitdə olaraq xəstəxana şəraitində keçirib".
Report