“Hazırda koronavirus pandemiyası ilə əlaqədar heç bir sərtləşdirilmiş karantin qaydalarının tətbiqi nəzərdə tutulmur”.
Eləcə də bax: İlin sonuna doğru yoluxma artarsa, məhdudiyyətlər ola bilərmi? - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, ölkədə vəziyyət nəzarət altındadır: “Hazırda heç bir əlavə tədbirlər düşünülmür”.