Banner

Sağlamlıq

Azərbaycanda indiyədək peyvənd olunanların sayı - Açıqlandı

Azərbaycanda indiyədək peyvənd olunanların sayı - Açıqlandı | FED.az
11:11 28 Yan 2021

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb.

FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

Eləcə də bax: ”COVAX” proqramı çərçivəsində Azərbaycana peyvəndin aprel ayında gətirilməsi gözlənilir

"İndiyə qədər 50 minə yaxın vətəndaş peyvənd olunub. Onların əksəriyyəti səhiyyə işçiləridir", - hökumətin sözçüsü bildirib.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur. (Report)

Banner

Digər xəbərlər