Martın 2-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 903 nəfər vaksinasiya olunub.
FED.az "Koronavirusinfo.az"a istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313 582 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında davam etdirilir.