Xəbər verdiyimiz kimi, yanvarın 18-dən etibarən Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya başlanılır.
Eləcə də bax: Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM
FED.az xəbər verir ki, bununla bağlı ilkin olaraq risk qrupları və hədəf qrupları müəyyənləşdirilib. Beləliklə, “COVID-19” əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları açıqlanıb.
Vaksinasiya iki mərhələ üzrə aparılacaq. Birinci mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.
İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupuna (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar) aid olan şəxslər, yaşı 50 və daha yuxarı olan və ən az bir xroniki xəstəliyi olanlar, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərə peyvənd tətbiq ediləcək.