1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanmasına başlanılıb.
Eləcə də bax: İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib - SİYAHI
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə bildirib ki, icbari tibbi sığorta əhaliyə etibarlı, keyfiyyətli tibbi xidmətlərin, ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə zəmanət verməklə səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib.