“Ölüm səviyyəsinin rəqəmlə qiymətləndirilməsi doğru deyil”.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.
O bildirib ki, bunu ancaq faiz gostərici ilə demək olar: “Azərbaycanda ölüm göstəricilərində artma müşahidə olunmur. Ölüm halları xəstəliyin gedişatı ilə əlaqədardır. Hazırda koronavirusla bağlı ölüm hallarında artma yoxdur”.