Azərbaycanda 2020-ci ildən icbari tibbi sığorta sistemi tətbiq olunur. Eyni zamanda, fərqli sağlamlıq sığortası modelləri də hazırlanır.
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha bir il müddətinə - TƏXİRƏ SALINDI
FED.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Azərbaycanın səhiyyə naziri Teymur Musayev deyib.
"Bunlar tamamlanmış sağlamlıq sığortası və özəl tibbi sığorta modelləridir. Bunların nəticəsində qarşılıqlı memorandumlar əsasında Türkiyə vətəndaşları üçün Azərbaycanda, Azərbaycan vətəndaşları üçün Türkiyədə özəl sığorta üzərindən müəyyən sağlamlıq turizmi paketlərinin təminatı həyata keçiriləcək", - nazir bildirib. (Report)