Hazırda Azərbaycanda evdə müalicə olunan 30 min 787 koronavirus xəstəsi var.
Eləcə də bax: “Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışı qadağan olunmalıdır” - ÜST
FED.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan virtual mətbuat konfransında bildirib.
O qeyd edib ki, onlardan 2 min 691 nəfər xəstəliyi yeni aşkarlanan şəxslərdir.
“Bakı şəhərində 87 ambulator məntəqədən ibarət 41 “COVID-19” məntəqəsi var. Həmçinin 814 çağrı mərkəzimiz fəaliyyət göstərir”, - deyə N. Mürsəlova qeyd edib.(Qafqazinfo)