Bu il yanvar ayının 1-dən elektron resept sisteminin ölkə ərazisində fəaliyyət göstərən bütün tibb müəssisələrində tətbiqinə başlanılıb.
Azərbaycanda elektron resept dövrü başladı - SƏHİYYƏDƏ YENİLİK
FED.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sistemə həm özəl, həm də dövlət tibb müəssisələrində tam keçid mərhələli şəkildə ilin sonuna kimi təmin ediləcək.
"Özəl və ya dövlət tibb müəssisəsində çalışan, resept yazmaq səlahiyyətinə malik şəxslər üçün sistemə ayrıca giriş yaradılır. Bu şəxslər sistemə daxil olaraq, “resept yaz” bölməsində reseptləri yazırlar", - deyə məlumatda qeyd edilib. (Apa)