Bu ilin birinci yarısında Azərbaycanda əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 912,7 milyon manat pul xərcləyib.
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına çəkilən xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 182,8 milyon manat və ya 24,9% artıb.
Xatırladaq ki, ötən ilin ilk yarısında əhali avtomobil yanacağına 729,9 milyon manat pul xərcləmişdi.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Qeyd edək ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq, o cümlədən 17,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4%, qeyri-ərzaq malları üzrə 6,5% artıb.














