Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda H1N1 virusunun (donuz qripi) olduğunu açıqladı.
FED.az xəbər verir ki, bu gün Təşkilatın Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında bildirilib ki, Azərbaycanda 16 nəfər H1N1 virusuna yoluxub.
Bildirilib ki, kütləvi müayinələr aparılarsa bu virusa yoluxanların sayı daha da arta bilər.
ELƏCƏ DƏ BAX: İcbari tibbi sığorta başqa rayonlarda nə vaxt olacaq? - Sədrdən açıqlama
Xəstəlik epidemiya şəkilini alarsa (kütləvi) Səhiyyə Nazirliyinin 3 klinikası mübarizəyə başlayacaqdır. Kütləvi olmadığı halda tədbirlərin görülməsi məqsədəuyğun sayılmır.
"Azərbaycanda nə pandemiya, nə də epidemiya var. Adi mövsümi qripdir. Mövsüm də başa çatmaqdadır"
.Azərbaycandakı H1N1 virusu Gürcüstandakı ilə eynidir.
Bildirilib ki, xəstəyə H1N1 diaqnozunu qoymaq hər laboratoriyada aparılımır. Bu məqsədlə Azərbaycanda 1 laboratoriya fəaliyyət göstərir (Bakıda Respublika Taun Əleyhinə Stansiyansının aboratoriyası). 16 nəfərin "donuz qripi"nə yoluxduğu bu laboratoriyada müəyyənləşdirilib.
Ümumdünya Səhiyyə Təşkilatı peyvənd olmağı və xəstələrin yanına getməməyi tövsiyə edir. Gigeniyaya əməl edilməli, əllər tez-tez yuyulmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatı qeyd edib ki, 16 xəstənin 80%-i 1 həftə evlərində istirahət etdikdən sonra nomal həyatlarına dönüblər. Xəstələrin vəziyyəti kəskin deyil. Hazırda xəstəxanada yatan yoxdur. Bütün xəstələr evlərindədir.
****
Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər.
FED.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Onun sözlərinə görə, 16 nəfərdə A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də ÜST tərəfindən təsdiqlənib.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə bildirib ki, həkimə müraciət edən xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil: "Qrip virusu yalnız laborator şəraitdə təsdiqlənir. Yalnız laboratoriyada aparılmış müayinələrdən sonra xəstəyə qrip diaqnozu qoyula bilər". (Trend)