Sağlamlıq

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub - 42 NƏFƏR SAĞALIB

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub - 42 NƏFƏR SAĞALIB | FED.az
15:36 22 Aprel 2020

Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Eləcə də bax: Koronavirus testindən necə keçmək olar? - TƏBİB-DƏN AÇIQLAMA

FED.az xəbər veri rki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 907 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108 221 test aparılıb.

Digər xəbərlər