Rəsmi məlumatlara görə, son bir həftə ərzində Azərbaycanda COVID-19 virusuna yoluxmalar kəskin artıb.
FED.az xəbər verir ki, aprelin 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 58 yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 217 nəfər müalicə olunaraq sağalıb, 10 min 185 nəfər vəfat edib. Hazırda ölkədə aktiv xəstə sayı 453 nəfərdir.
Qeyd edək ki, Novruz tətillərinə təsadüf edən əvvəlki həftə ilə müqayisədə son həftə ərzində Azərbaycanda koronavirusa tutulanların sayı sürətlə artmaqdadır.
Belə ki, martın 28-də koronavirusa 74 nəfər, martın 29-da 97 nəfər, martın 30-da 69 nəfər, martın 31-də 64 nəfər, aprelin 1-də isə 75 nəfər yoluxub. Bu xəstəlikdən sağalanların sayç isə müvafi q olaraq 6 nəfər, 2 nəfər, 17 nəfər, 22 nəfər və 16 nəfər təşkil edib.
Nəticədə ölkədəki aktiv xəstə sayı sürətlə artıb.
Belə ki, martın 28-də ölkədə koronavirusa tutulan cəmi 204 aktiv xəstə sayı olduğu halda, aprelin 2-də bu rəqəm 453-ə yüksəlib.