“Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb”.
Eləcə də bax: Gələn həftə Azərbaycanda - Vaksinasiyaya Başlanılacaq
FED.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.
O qeyd edib ki, bu məsələdə Türkiyə ilə əməkdaşlıq davam etdiriləcək: “Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”. (Apa)