Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 340,7 mln. manat xərclənib.
Eləcə də bax: “Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır”
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 20,1% və ya 57 mln. manat çoxdur.
Bu ilin mart göstəricisi ilə müqayisədə isə aprel satışlarının həcmi 12,7% və ya 11,1 mln. manat azalaraq 76 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk dörd ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisinə bərabərdir. (Apa)