Azərbaycanda antibiotiklərin reseptlə satılması təklif olunur.
Azərbaycanda dərmanların tənzimlənən qiymətlərdən baha satılması - QADAĞAN OLUNUR
FED.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva çıxış edib.
O xatırladıb ki, bu gün ölkədə antibiotiklər reseptsiz satılır: “Mətbuatda hətta reklamları gedir, bu da ciddi problemlərə səbəb olur. Ona görə də antibiotiklər reseptlə satılmalıdır. Dünya ölkələrinin də bununla bağlı təcrübəsi var”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, antibiotiklərin apteklərdə reseptsiz satılmasına ciddi nəzarət olmalıdır: "Antibiotiklər apteklərdə reseptlə satılmalıdır. Bu məsələyə ciddi nəzarət olunmalıdır. Çünki antibiotiklərin reseptsiz satılması təhlükəli ağırlaşmalara səbəb ola bilər”. (Report)