Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlanıb.
FED.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumata görə, 2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40 490 nəfər olub.
Narkotik istifadəçilərinin 39 485 nəfəri kişi, 1005 nəfəri isə qadındır.
Qeydiyyatda olan narkotik istifadəçilərinin 20 182 nəfəri opioidlərin, 8611 nəfəri kannabinoidlərin, 11697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.