Azərbaycanda 27,5 tondan çox istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.
“Milla”nın 13 tona yaxın süd məhsulu - MƏHV EDİLİB
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.
Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Panasam” MMC-yə məxsus ümumi çəkisi 220 kq müxtəlif növ kolbasa məhsulu, “Klin-Pro” MMC-yə məxsus ümumi çəkisi 54 kq yağ məhsulu, “Food Fish” MMC-yə məxsus ümumi çəkisi 1,26 ton dəniz məhsulu, “Fenix Trade” MMC-yə məxsus ümumi çəkisi 270 kq dəniz məhsulu “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 25,72 ton müxtəlif növ qida məhsulu isə “Təmiz-Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.