Ürək-damar xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı 210-dan çox tibbi xidmət icbari tibbi sığorta hesabına göstərilir.
Dişləri sığorta ilə müalicə etmək alınmayacaq - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, bura aorta-koronar şuntlama əməliyyatı, ürək aparatlarının dəyişdirilməsi və təmini, digər kardiocərrahiyyə əməliyyatlar daxildir.
"Vətəndaşlarımızın belə dəyəri yüksək əməliyyatlardan ödənişsiz faydalanması bizi sevindirir. 2020-ci ildə müvafiq mariologiya xidmətləri almış əhali 1424 idisə, 2021-ci ildə 10793 nəfər olmuşdu. 2022-ci ildə isə bu rəqəm 29615-ə çatıb. Ürək cərrahiyəsi üzrə 2020-ci ildə 1230 nəfər olmuşdusa, 2021-ci ildə 8147, 2022-ci ildə isə 18181 nəfər olub. Uşaq cərrahiyəsinə gəlincə, 2020-ci ildə 76, 2021-ci ildə 283, 2022-ci ildə isə 331 uşaq icbari tibbi sığorta çərçivəsində əməliyyat olunub.
İlk dəfə keçən il Lənkəran Mərkəzi Xəstəxanasında ürək-damar cərrahiyyəsi şöbəsi açılıb. Gələcəkdə digər regionlarımızdakı xəstəxanalarda da bu şöbənin yaradılması nəzərdə tutulub". (Apa)