Ötən il Azərbaycan xaricdən 408,633 mln. ABŞ dolları (694,677 mln. manat) dəyərində 21 565,76 ton müxtəlif dərman vasitələri idxal edib.
Eləcə də bax: Azərbaycan əhalisinin dərman xərcləri - KƏSKİN ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2020-ci il ilə müqayisədə həcm ifadəsində 1,7% az olsa da, dəyər ifadəsində 24,9% çoxdur.
Hesabat dövründə ən çox dərman Türkiyədən gətirlilib. Belə ki, Azərbaycan Türkiyidən 77,876 mln. dollarlıq (132,389 mln. manat) 2 815,85 ton dərman vasitələri idxal edib ki, bu da illik müqayisədə həcm ifadəsində 3,9% az olsa da, dəyər ifadəsində 30,9% çoxdur.