Banner

Sağlamlıq

Azərbaycana ötən il 450 milyon manatlıq dərman idxal edilib - KƏSKİN ARTIB

Azərbaycana ötən il 450 milyon manatlıq dərman idxal edilib - KƏSKİN ARTIB | FED.az
08:57 23 Fev 2021

2020-ci il ərzində Azərbaycan pərakəndə satış üçün formalarda və ya bağlamalarda qablaşdırılan 264, milyon 251 min ABŞ dolları (təxminən 449 milyon 227 min manat) dəyərində 19 364 ton dərman vasitələri idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış hesablamalara görə, COVID-19 pandemiyası fonunda dərman vasitələrinin idxalı ötən il həcm ifadəsində 35,8%, dəyər ifadəsində isə 23% artıb.

Azərbaycana dərman vasitələri göndərən ölkələrə gəldikdə, 2020-ci ildə ölkə ən çox dərmanı Türkiyədən idxal edib. Hesabat dövründə Azərbaycan qonşu ölkədən 51 milyon 987 min dollar dəyərində 2 746  ton pərakəndəlik dərman vasitələri gətirib ki, bu da illik müqayisədə 63,6% (dəyər ifadəsində) çoxdur.

İdxal bazarında ikinci olan Almaniya isə Azərbaycana dərman ixracını 18,4% artıraraq  28 milyon 57 min  dollarlıq 489 ton dərman göndərib.

Üçüncü pillədə qərarlaşan Rusiyadan isə ölkəyə 21 milyon 782 min dollarlıq 5 461 ton dərman tədarük edilib. Bu, illik müqayisədə 2 dəfə çoxdur.

Azərbaycana dərman vasitələrini ixrac edən əsas ölkələr:

#

Ölkə

Həcm, ton

Dəyər, mln $

İllik dinamika

1

Türkiyə

2 745,94

51,987

63,6%

2

Almaniya

489,45

28,057

18,4%

3

Rusiya

5 461,47

21,782

2 dəfə

4

Fransa

239,27

17,550

-7,1%

5

Ukrayna

5 118,71

12,294

38%

6

İtaliya

199,61

11,864

8,1%

7

Hindistan

237,19

10,967

29%

8

İspaniya

240,94

10,354

34,5%

9

İsveçrə

53,82

9,871

-39%

10

Macarıstan

214,49

8,978

14,7%

APA

 

Banner

Digər xəbərlər