2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 351 milyon 794 min dollar dəyərində 14 min 707 ton buğda idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 5 min 525 ton və ya 27,3%, məbləğ baxımından isə 49 milyon 689 min dollar və ya 12,4% azdır.
Ötən ilin eyni dövrü ərzində Azərbaycan xaricdən 401 milyon 483 min dollarlıq 20 min 232 ton dərman almışdı.
Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 2,76%-nə bərabər olub.
Hesabat dövründə idxal edilən dərmanın 1 kq-nın orta ixrac qiyməti 40 manat 67 qəpiyə başa gəlib ki. bu da illik müqayisədə 6 manat 93 qəpik və ya 20,5% çoxdur. Ötən ilin müvafiq dövrünə bu göstərici 33 manat 74 qəpik idi.