2021-ci ilin 11 ayı ərzində Azərbaycana 477 milyon 149 min dollar dəyərində 19 min 901 ton əczaçılıq məhsulları idxal edilib.
Eləcə də bax: Dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumlar - ARTIRILIR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı dəyər ifadəsində 44% artıb, miqdar ifadəsində isə 3,6% azalıb.
2020-ci ilin 11 ayı ərzində Azərbaycana 331 milyon 175 min dollar dəyərində 20 min 633 ton əczaçılıq məhsulları idxal edilib.(Marja)