2018-ci ilin yanvar-may aylarında Azərbaycana $106 mln. 9,98 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə FED.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
«Cari ilin yanvar-may aylarında respublikaya $106 mln. 9,98 min dəyərində 5 min 565,43 ton əczaçılıq məhsulu idxal edilib», - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-may aylarında Azərbaycana $68 mln. 318,66 dəyərində 4 min 186,81 ton əczaçılıq məhsulu gətirilib. Beləliklə, cari ilin 5 ayı ərzində ölkəyə sözügedən məhsulların idxalı miqdar ifadəsində 32,9%, dəyər ifadəsində 55,2% artıb.
2017-ci ildə Azərbaycana $249 mln. 15,83 min dəyərində 15,65 min ton əczaçılıq məhsulu idxal olunub.*
İnterfaks-Azərbaycan