Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur.
Eləcə də bax: Çin Azərbaycana təmənnasız olaraq 150 min doza vaksin - Göndərib
FED.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmraslanov deyib.
Ə.Əmraslanov bildirib ki, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur: “Sadəcə olaraq vaksin olunmaq istəyən vətəndaşların sayı azdır. Bir hər birimiz insanların vaksinasiyaya cəlb olunması istiqamətində maarifləndirmə işində fəal iştirak etməliyik. Hazırda Azərbaycanda 40 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Güman edirik ki, yaxın vaxtlarda 40 yaşından aşağı vətəndaşların da vaksinasiyasına başlanacaq”. (Trend)