Azərbaycanda 1991-ci ildən bu yana xəstəxanaların sayı ilə bağlı son vəziyyət açıqlanıb.
FED.az Dövlət Staistika Komitəsinin rəqəmləri əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, xəstəxanaların sayının ən çox olduğu il 1994-cü ilin əvvəlinə olan dövr olub. Həmin ölkə üzrə ümumi xəstəxanaların sayı 787 olub. Ən az say isə 2022-ci ilin əvvəlinə 342 olmaqla qeydə alınıb.
Müəssisələrin sayında ən kəskin eniş 1-ci dəfə 2011-ci ilin əvvəlində (240 xəstəxana və ya 31,7% azalma), 2-ci dəfə isə 2022-ci ilin əvvəlində (176 xəstəxana və ya 34% azalma) qeydə alınıb. Əslində kəskin azalmanın əsas səbəbi səhiyyə sistemində aparılan islahatlarla bağlı olub.
Lakin 2023 və 2024-cü ilin əvvəlinə xəstəxanların sayı əvvəlki ilə nisbətən 3 ədəd artaraq müvafiq olaraq 345 və 348-ə yüksəlib