Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın quş əti istehsal müəssisəsinə qoyulan müvəqqəti məhdudiyyəti aradan qaldırıb.
“Təndirçi”də bir sıra nöqsanlar tapıldı - FOTOLAR
Məhdudiyyət “Ставропольский Бройлер” MMC-nin “Благодарненский” ət və quşçuluq kombinatına məxsus quş əti məhsulunda aşkarlanmış (salmonella <25 qr) uyğunsuzluqla bağlı qoyulmuşdu.
FED.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Agentliyin müvafiq bildirişi əsasında Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizooloji monitorinqlərlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə ətraflı məlumat verilib.
Rusiya Federasiyası tərəfindən baytarlıq norma və tələblərinə, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanət verilməsi, o cümlədən iki qurum arasında sıx əməkdaşlıq əlaqələri nəzərə alınaraq həmin istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Agentliyi qərarı ilə bağlı “Rosselxoznadzor”a müvafiq bildiriş göndərilib.