Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Rusiyanın “yararsızdır dediyi məhsullar”a AQTA-dan cavab – Məhsul Göndəriləndə Yararsız Olmayıb
FED.az xəbər verir ki, AQTA-dan bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “Stavropolskiy broyler” MMC-nin “Nevınnomısskiy” ət kombinatı filialı tərəfindən istehsal olunan, 11.05.2021-ci il tarixində “Hereti Bottling Company” MMC, 13.05.2021-ci il tarixində isə “AzFood Company” MMC tərəfindən ölkəmizə idxal edilən (ümumi çəkisi 37 842.88 kq) quşçuluq məhsulunda (toyuq dərisi) mikrobioloji (Salmonella <25 g) göstəricilərin yol verilən həddən çox olduğu aşkarlanıb. Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində qərar qəbul edilib. Yüksək riskli müəssisə kimi istehsalçı və idxalçı müəssisələrin bütün idxal partiyaları laborator müayinələrə cəlb olunub.
Növbəti dəfə 10.08.2021-ci il tarixində Rusiya Federasiyasında fəaliyyət göstərən “Stavropolskiy broyler” MMC-nin “Nevınnomısskiy” ət kombinatı filialı tərəfindən istehsal olunan və “AzFood Company” MMC tərəfindən ölkəmizə idxal edilən (ümumi çəkisi 19 135.23 kq) quşçuluq məhsulundan (toyuq dərisi) nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulun mikrobioloji (Salmonella <25 g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar edilib. Aşkar olunmuş faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib, məhsulun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Məsələ ilə əlaqədar Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumatlandırılıb.
Qeyd edək ki, daha əvvəl də aşkar edilmiş uyğunsuzluqlarla bağlı adıçəkilən müəssisədən məhsulların ölkəmizə idxalına müvəqqəti məhdudiyyət qoyulub və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin zəmanəti əsasında 2020-ci il 18 noyabr tarixində bu məhdudiyyət aradan qaldırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində davamlı tədbirlər görür.(report)