Azərbaycan, İran və digər ölkələr koronavirusun təsbiti üçün istifadə edilən Rusiya istehsalı test sistemləri alacaq.
Eləcə də bax: Azərbaycanda daha iki nəfərdə - VİRUS TAPILDI
FED.az xəbər verir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətindən bildirilib.
Məlumata görə, Rusiya Avrasiya İqtisadi Birliyi, MDB ölkələrinə, həmçinin İran, Şimali Koreya və Monqolustana koronavirusu təsbit etmək üçün 800 test sistemi göndərib. Bu sistemlər 80 000 pasiyenti testdən keçirməyə imkan verəcək.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 410-a çatıb. Bunların 68 313 nəfəri sağalıb, 4 635 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.