2024-cü ilin yanvar-may aylarında Azərbaycan xaricdən 217 milyon 89 min dollar dəyərində 10 min 668 ton əczaçılıq məhsulları idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Dərman idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 71 milyon 671 min dollar və ya 24,8%, miqdar ifadəsilə 3 min 91 ton və ya 22,5% azalıb.
2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 288 milyon 760 min dollar dəyərində 13 min 759 ton dərman idxal olunmuşdu.