“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, 67 adda, 10 835.30 kq müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
FED.az AQTA-ya istinadən xəbər verir ki, məhv edilmiş süd məhsulları istehlaka yararsız və istifadə müddəti bitmiş olub.