Avropadan avtomobillə gələn azərbaycanlıları Gürücüstana buraxmırlar. Gürcüstan hökuməti digər ölkələrin vətəndaşları ilə yanaşı, azərbaycanlıların da virus təhlükəsi ilə 14 gün sərhəddəki neftral ərazidə qalmasını, yoxlamadan keçdikdən sonra ölkəyə buraxılacağını bildiriblər.
Eləcə də bax: Azərbaycan - Gürcüstan sərhədi - MÜVƏQQƏTİ BAĞLANDI
FED.az xəbər verir ki, bunu Polşada fəaliyyət göstərən “Severa Group”un rəhbəri Rəşad Quliyev deyib.
İş adamı martın 13-də bildirib ki, artıq iki sutkatan çoxdur ki, Türkiyə-Gürcüstan arasındakı Sarp sərhəd keçid məntəqəsində yüzlərlə azərbaycanlı gözləyir.
Eləcə də bax: Bakı-Tbilisi-Bakı qatarında səfərlərə - MƏHDUDİYYƏT QOYULDU
«Türkiyəni çıxmışıq, amma Gürcüstana daxil ola bilmirik. Artıq neytral zona tamam dolub. Təxminən 50-dən çox avtomobil var. Gürcüstan tərəfi Avropadan gəlməyimizi əsas gətirərək bizi ölkəyə buraxmır. Koronavirus səbəbi ilə Gürcüstan-Azərbaycan sərhəddinin bağlanması və Avropadan gələnlər 14 günlük məcburi karantin altına alınır. Mənim kimi onlarla həmvətənimiz Avropadan 20-25 gün əvvəl Gürcüstana gəlib. Ölkəyə buraxmırlar, baxmayaraq ki, 14 günlük karantin müddətində həkim nəzarətində olmuşuq və səhhətimizdə hər hansı bir dəyişiklik qeydə alınmayıb».
Eləcə də bax: “Buta Airways” Bakı-Tbilisi-Bakı reyslərini dayandırdı - ŞİRKƏTDƏN AÇIQLAMA
Rəşad Quliyev onu da qeyd edib ki, gürcü rəsmiləri lazım gələrsə, onları yerlə təmin edəcəklərini deyirlər:
«Vəziyyət çıxılmaz və dözülməzdir. Polis deyir maşında gözləyin. Yemək, su verilmir. İstifadə üçün cəmi bir tualet var. Hökumətdən və səfirliyimizdən kömək gözləyirik”.
İş adamının sözlərinə görə, Bolqarıstan da Türkiyə ilə sərhədini bağlayıb. Nəticədə hazırda Bolqarıstanda olan azərbaycanlılar da ölkəyə qayıda bilmir. Bu qadağalar insanlara narahatlıq yaratmaqla yanaşı, iş adamlarına da zərər vurur:
«Avropadan qida, geyim, avtomobil gətirən şirkətlərə aid TIR-lar Bolqarıstanda qalıblar. Onlar da 14 günlük karantində saxlanılacaqlar. Türkiyə ilə sərhəddin nə vaxt açılacağı bilinmir. Təbii ki, bu həmvətənlərimizə çox böyük maddi ziyan vuracaq. Xüsusilə, qida sektorunda çalışan və Avropadan Azərbayana mal gətirən iş adamlarına böyük zərbə dəyəcək. Sərhədi bağlamamışdan 5-6 gün qabaq mətbuat vasitəsi ilə məlumat yaymaq lazım idi. Həmvətənlərimiz səfirliklə əlaqə saxlayıblar. Onlara bildiriblər ki, bu hökumətin verdiyi qərardır və məcbur 14 gün Bolqarıstanda qalmalısınız».
Eləcə də bax: Azərbaycandan Gürcüstana gedən avtobusların hərəkəti - DAYANDIRILDI
Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya arasında telefon danışığı olub. Hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib.
Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək.