Avropa Dərman Agentliyi meymunçiçəyinə qarşı "Imvanex" peyvəndinin istifadəsini genişləndirməyi tövsiyə edib.
Eləcə də bax: Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyinin yaydığı məlumatda bildirilir.
Bu peyvənd 2013-cü ildən Avropa İttifaqında çiçək xəstəliyinin qarşısının alınması üçün təsdiq edilib.
Agentlik “İmvaneks”in insanlarda meymunçiçəyi xəstəliyinin qarşısının alınmasında təsirli olacağını bildirib.
Mütəxəssislərin fikrincə, dərmanın əks təsirləri yüngül və orta dərəcədədir və ondan istifadənin faydası risklərdən daha çoxdur.
Bu tövsiyələr əsasında yaxın vaxtlarda preparatın istifadəsinə dair təlimatlara lazımi dəyişikliklər ediləcək. (Apa)