Bu gün 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
FED.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onlara zəruri tibbi xidmət göstərilib: "Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir".
***
Astarada kütləvi zəhərlənmə olub.
FED.az xəbər verir ki, Astara rayonunda 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına daxil olub.
Onlardan 10 nəfər yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, onlar qidadan zəhərlənib.
Fakt araşdırılır. (Apa)