“Bizdə 4 növ vaksin istifadə olunur. Hər bir vaksinin effektivliyi məlumdur. “Sinovac” vaksini ilə bağlı Türkiyədə ciddi araşdırmalar aparılıb. Bu vaksinin 80 faiz effektivliyi təsdiq olunub”.
FED.az xəbər verir ki, bunu TƏBİB- in departament müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, bu günə qədər tətbiq edilən heç bir vaksinin effektivliyi 100 faiz deyil:
“Bu gün istifadə etdiyimiz vaksinlərin effektivliyi ÜST standartlarına uyğundur. Virus infeksiyalarında mutasiyalar aşkarlanması mövsümi xarakter daşıyır. Biz artıq bilirik ki, respublikamızda da yayılan ştam “Delta” ştamıdır. Elmi və epidemioloji olaraq düşünürük ki, yayılan ştam bizdə “Delta”dır.