Qida məhsullarının zənginləşdirilməsi, onların qida dəyərinin yüksəldilməsi üçün məhsullara müəyyən xüsusiyyətlərin verilməsi, bir və ya daha artıq inqrediyentin və digər maddələrin əlavə olunması prosesidir.
Qida Təhlükəsizliyi Agentliyindən FED.az-a verilən xəbərə görə, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması ölkədə insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında, zənginləşdirilmiş qida məhsullarının istehsal və emalı zamanı təhlükəsizlik və minimum keyfiyyət tələbləri ilə bağlı norma və qaydalara əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.
Müasir dövrdə insanların mikronutriyentlərə tələbatı daha çoxdur. Orqanizm bu maddələri ehtiyat şəklində toplaya bilmədiyi üçün qida ilə mütəmadi olaraq qəbul edilməlidir. Elmi araşdırmalar göstərir ki, insanlarda xüsusilə C, B1, B2, B3, B6, B9 və D vitaminlərinin çatışmazlığı ilə yanaşı, dəmir defisiti də çox müşahidə edilir. Qeyd edək ki, dünyada ən çox müşahidə olunan anemiya forması da məhz dəmir defisitli anemiyasıdır. Dəmir defisitli anemiyadan qadınlar, uşaqlar, yeniyetmələr daha çox əziyyət çəkirlər.
İnsan sağlamlığının təmin olunmasında gündəlik istehlak edilən qida məhsullarının zəruri komponentlərlə zənginləşdirilməsi səmərəli çıxış yolu sayılır. Qidaların tərkibinin yaxşılaşdırılması üçün әsasən vitamin vә minerallardan istifadə olunur. Zәnginlәşdirilәn qida məhsullarına әsasәn duz, buğda vә qarğıdalı unu, şәkәr, bitki yağları, düyünü və s. misal göstərmək olar.
Ən çox zənginləşdirilən qida məhsulları arasında buğda unu xüsusilə seçilir. Unun zənginləşdirilməsi, yəni mikronutriyentlərin kiçik miqdarının una əlavə olunması zəruri qida maddələri çatışmazlığının aradan qaldırılmasında düzgün yanaşma üsulu hesab olunur. Unun zənginləşdirilməsi onun emalı zamanı itirilmiş komponentlәrin bərpa olunmasını təmin edir. Zәnginlәşdirilmiş unun istifadәsi orqanizmә mәnfi tәsir göstәrmir. İnsanın gündəlik qəbul etdiyi qidaların arasında un məmulatlarının xüsusi yer tutması onun keyfiyyətinin, qidalılıq dəyərinin və çeşidlərinin artırılmasını tələb edir. Un məmulatlarının keyfiyyəti və istehlak xüsusiyyəti onların bişirilməsindən asılı olaraq dəyişir. Qida sənayesində xəmirdən hazırlanan məmulatların keyfiyyətinin yüksəldilməsi zamanı istifadə olunan oksidləşdiricilərin, fermentativ preparatların və səthi-aktiv maddələrin tətbiqi xüsusilə nəzərə alınmalıdır. Tətbiq olunan yaxşılaşdırıcılar orqanizmə zərər yetirmədən hazır məhsulun keyfiyyətini yüksəltməli, eləcə də iqtisadi baxımdan əlverişli olmalıdır.
Qanuna əsasən qida məhsullarının zənginləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının elmi əsaslandırılmış təklifləri, bununla bağlı əhali arasında aparılmış tədqiqat və elmi təhlillərin nəticələri əsasında həyata keçiriləcək.