Tovuz şəhəri, M.Musayev küçəsində yerləşən, hüquqi şəxs “Tovuz Taxıl” MMC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama aparılıb.
AQTA-dan FED.az-a verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istehlaka yararsız ərzaq məhsullarının zərərsizləşdirilməsi üçün zəruri vasitələrin mövcud olmadığı, gigiyena qaydalarına əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu və anbarlarla təmin olunmadığı, mütəmadi dezinfeksiya işlərinin aparılmadığı aşkar edilib.
Faktla bağlı müəssisənin səlahiyyətli nümayəndəsi barəsində inzibati protokol tərtib edilib, müvafiq tədbirlər görülüb.