Hoteldə yoxlama-nəzarət tədbirləri zamanı tələblərə əməl etməyən müştərilərə görə sahibkarlıq subyektləri cəzalandırılır:
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, insanların maska taxmalarına nəzarət edilməlidir: “Əgər maska taxılmırsa, həmin müştərilər maska ilə təmin edilməlidir. Ancaq maskadan istifadə edilməməyə görə vətəndaşın özü üçün də cərimə var. Müvafiq orqanlar tərəfindən bununla bağlı cərimələr tətbiq edilir. Ona görə bu halda vətəndaşlar da cərimə edilə bilər. Hər iki tərəf qaydalara əməl edilməsi ilə bağlı məsuliyyət daşıyır. Vətəndaşların cərimələnməsi polis tərəfindən həyata keçirilir, amma AQTA, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və digər orqanlar tərəfindən isə sahibkarlıq subyektlərinin cərimələnməsi aparılır". (Apa)