Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətindən istifadə etməməyə, bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka, eyni zamanda bu sahədə müşahidə etdiyi qanunsuz fəaliyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyə çağırır.
Eləcə də bax: Bakıda qanunsuz qəssabxanalar - TAPILDI
FED.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri kəsimi mərkəzləşdirilmiş heyvan kəsimi sexlərində həyata keçirməyə, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır.
Qeyd edilib ki, artıq regionlarla yanaşı, Bakı şəhərində də müasir heyvan kəsimi məntəqələrinin sayı artmaqdadır. Bakı şəhəri üzrə stasionar kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:
Nizami rayonu, H.Əliyev prospekti 92
Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26
Sabunçu rayonu, Sabunçu ŞTQ, Aydınbəyov küçəsi, ev 2, mənzil 33
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1A
Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev küçəsi, ev 20
Binəqədi rayonu, Şamaxı şosesi 16
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 10, mənzil 56
Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, H.Saqib küçəsi, ev 27
Nizami rayonu, Ş.Kamilov küçəsi 1
Nəsimi rayonu, A.Mustafayev küçəsi 23/24
Qaradağ rayonu, Lökbatan qəsəbəsi
Nərimanov rayonu, Ə.Əliyev və Y.Çəmənzadə küçələrinin kəsişməsi
Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə
Binəqədi rayonu, C. Xəndan küçəsi 52C,
Dərnəgül qəsəbəsi, Ş.Məmmədova və H.Hüseynov küçələrinin kəsişməsi
Xəzər rayonu, Binə ŞTQ, R.Əşrəfov ev 20
Sabuncu rayonu, Zabrat ŞTQ, Babək küçəsi 110H
Xətai rayonu, H.Aslanov qəsəbəsi, ev 6
AQTA bir daha vətəndaşları və heyvan kəsimi, eyni zamanda ət və ət məhsulları satışı sahəsində fəaliyyət göstərən sahibkarları qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrinin xidmərlərindən istifadə etməyə çağırır.