Azərbaycanda heyvan bazarlarında vəziyyət qənaətbəxş deyil.
Heyvan bazarlarında aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb - FOTO
FED.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, AQTA ölkədə 24 heyvan bazarında yoxlama tədbirləri həyata keçirib: “Bunların yarısından çoxunda ümumi sanitar-gigiyenik rejimlərə əməl etsələr belə əsaslı qida təhlükəsizliyi sistemlərinə əməl olunmur.
Həmin bazarlara çox ciddi iradlarımızı bildirmişik və onların yaxın gələcəkdə həyata keçirməli olduqları sağlamlaşdırma işləri haqqında müvafiq tapşırıqlar verilib. Əgər bu tapşırıqlar yerinə yetirilməzsə həmin heyvan satışı bazarların fəaliyyəti mümkünsüz olacaq”. (Report)