Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) çörək istehsalı müəssisələrində keçirilən monitorinqlərin nəticəsini açıqlayıb.
Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO
AQTA-dan FED.az-a verilən məlumata görə, cari dövr ərzində 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə 108 nümunə götürülüb.
Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəklərdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.
Aşkar olunmuş uyğunsuzluqlarla bağlı 11 müəssisədə keçirilmiş plandankənar yoxlamalar zamanı 2 müəssisədə yoxlamanın nəticəsi qənaətbəxş olub. 9 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı 47 nöqsan aşkar edilib. Həmin nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Sözügedən müəssisələrdən 3-də ciddi pozuntular aşkar edildiyinə görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Laborator nəticələri uyğunsuz olan çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:
№ |
Müəssisə |
Ünvan |
1 |
"Magnat Group" MMC |
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a |
2 |
Fiziki şəxs Yusubova Təhminə Yusub qızı |
Abşeron rayonu, Məhəmmədi kəndi |
3 |
Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu |
Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30 |
4 |
Fiziki şəxs Hacıyev Fazil Bəhlul oğlu |
Cəlilabad şəhəri, S.Vurğun küçəsi 7 |
5 |
Fiziki şəxs Rəcəbov Qurban Malik oğlu |
Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27 |
6 |
Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı |
Gəncə şəhəri, N.Nərimanov küçəsi 54 |
7 |
“Arizoğlu” MMC |
Gəncə şəhəri, 1-ci mkr |
8 |
“Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi |
Füzuli rayonu, Horadiz şəhəri |
9 |
"Bərdə-Çörək" ASC |
Bərdə rayonu, S.Vurğun küçəsi 18 |
10 |
Fiziki şəxs Məmmədova Arzu Nəsir qızı |
Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov küçələrinin kəsişməsi |
11 |
Əhmədov Elnur Namizəd oğlu |
Yevlax şəhəri, H.Əliyev prospekti 101 |
AQTA qeyd edir ki, laborator nəticələri uyğunsuz olan çörək məhsullarının istifadəyə yararlılığı qida təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmir.