Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu barədə FED.az-a AQTA-dan məlumat verilib.
Bildirirlib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Məhəllə" market |
Nəsimi rayonu, E.Tağıyev və V.Plotnikov küçələrinin |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
"28" topdan satış mağazası |
Nəsimi rayonu, M.Qaşqay küç., ev 11 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
"Murad" topdan satış mağazası |
Nəsimi rayonu, M.Qaşqay küç., ev 10, m. 2 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"Bakı" topdan satış mağazası |
Nəsimi rayonu, V.Plotnikov küç., ev 29 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
Alıyev Sahib Qurbət oğluna məxsus ərzaq mağazası |
Şamaxı şəhəri, Ü.Hacıbəyov küçəsi |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
İctimai iaşə müəssisələri |
|||
6 |
"Continental" hotelində restoran |
Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 13 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 |
"Çörək Ağacı" kafesi |
Yasamal rayonu, İzmir küç., ev 9 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 |
"Qədim Qəbələ" restoranı |
Yasamal rayonu, A.M.Şərifzadə küç., ev 33 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
9 |
"Love City" kafesi |
Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 18 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 |
"New Baku" hotelində restoran |
Nəsimi rayonu, H.Əliyev küç., ev 9C |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 |
"Əriklik" restoranı |
Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |