Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 189 aptekdə yoxlama aparıb.
AQTA-dan FED.az-a bildirilib ki, yoxlama aparılan 189 aptekdən 128-də pozuntu tapılıb.
Uyğunsuzluq aşkarlanan apteklərdən 109-da sanitar norma və qaydalara əməl olunmaması, 3-də malların satışı zamanı mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, 12-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulunun satışı, 14-də sözügedən məhsulun etiket məlumatlarının qanunvericiliyin tələblərinə cavab verməməsi, 4-də isə qida təhlükəsizliyi sertifikatı olmadan satılması müəyyən edilib.
Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Həmçinin apteklərdən 18-də bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 12-də həmin məhsulların satışının qadağan olunması və məhv edilməsi barədə qərarlar qəbul olunub.
Yoxlama aparılan 61 aptekin nəticəsi isə qənaətbəxş olub.
Həmçinin cari il ərzində bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 223 aptekdə monitorinq aparılıb. Monitorinq həyata keçirilən apteklərdən 1-də qida təhlükəsizliyi sertifikatı olmayan, 5-də Azərbaycan dilində markalanmayan, 2-də içlik vərəqində qeyd edilən saxlama müddəti ilə üzərində göstərilən saxlama müddəti müxtəlif olan, 3-də etiket məlumatlarında müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilən, 1-də yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkarlanıb. Həmin məhsulların satışdan kənarlaşdırılması ilə bağlı aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib.
Yoxlamalar zamanı nöqsan aşkar edilən apteklər, həmçinin bioloji aktiv qida məhsullarının etiket və istifadə təlimatlarında qeydə alınan uyğunsuzluqlar aşağıdakılardır:
Yoxlamalar zamanı nöqsan aşkar edilən apteklər, həmçinin bioloji aktiv qida məhsullarının etiket və istifadə təlimatlarında qeydə alınan uyğunsuzluqlarla aşağıdakı cədvəllər vasitəsilə tanış ola bilərsiniz:
№ |
Müəssisənin adı |
Ünvan |
Yol verilmiş nöqsan |
1 |
"Dokta" MMC |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi, İstiqlal bağının şimal tərəfində |
Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir. |
2 |
"Dokta" MMC |
Lənkəran şəhəri, Tofiq Ismayilov küçəsi |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
3 |
"Best Pharma" MMC |
Şirvan şəhəri, F.Eynullayev küçəsi, ev 1/18T |
Bioloji aktiv qida məhsulunun qida təhlükəsizliyi sertifikatı yoxdur. |
4 |
"Dokta" MMC |
Cəlilabad şəhəri, M. Hüseynzadə Ev 45 |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
5 |
“Maymed-Avis” MMC |
Bakı şəhəri, Yasamal rayonu, |
Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir. |
6 |
"Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyəti |
Cəliləbad şəhəri, M.Hüseynov ev 91A |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
7 |
"Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyəti |
Neftçala şəhəri, Sabir küçəsi, ev 4k |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
8 |
"Dokta" MMC |
Quzanlı qəsəbəsi, H.Əliyev prospekti |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
9 |
"Zeytun Pharmaceuticals" MMC |
Gəncə şəhəri, M.Xələfov ev 18 saylı binanın yanı |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
10 |
"Şəfa-Farm" Firmasi |
Gəncə şəhəri, Atatürk prospekti, ev 237/7 |
Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir. |
11 |
"Dokta" MMC |
Hacıqabul şəhəri, H.Həmidov küçəsi, Bazarın arxası |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
12 |
“Zeytun Pharmaceuticals” MMC |
Bakı şəhəri, Xətai rayonu, |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
14 |
"DOKTA" MMC |
Neftçala şəhəri, M.Ə.Sabir küç. 15 |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
15 |
"Buta Farm" MMC |
Gəncə şəhəri, Ə.Məmmədov küç., ev 3 |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. Məhsulun etiketində məlumatlar tam və düzgün deyildir. |
16 |
|
Xırdalan şəhəri, H.Əliyev pr., ev 72A, Yeni qaydalarla ev 947 |
Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir. |
17 |
"Dokta" MMC |
Göyçay şəhəri, H.Əliyev pr. 96 |
Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir. |
18 |
"Zeytun Pharmaceuticals" MMC |
Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi |
Bioloji aktiv qida məhsulunun üzərində müxtəlif müalicəvi məlumatlar qeyd edilmişdir. |
19 |
"Dokta" MMC |
Samux şəhəri, H.Əliyev prospekti |
Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir. |
20 |
“Murad-Farm” MMC |
Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küç., ev 4, blok 1,8-9 sütunlar arası |
Üzərində Azərbaycan dilində markalanma mövcud deyildir. |
21 |
"Dokta" MMC |
Astara rayonu, Vaqo kəndi |
Məhsulların etiket məlumatlarında Azərbaycan dilində məlumatlar mövcud deyildir. |
22 |
"Zeytun Pharmaceuticals" MMC |
Salyan şəhəri, Y.Qasımov küçəsi |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
23 |
|
Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, ev 8D |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
25 |
|
Zərdab şəhəri, Azərbaycan küçəsi 123A |
Yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulu aşkar edilmişdir. |
26 |
|
Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., ev 1726 |
Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir. |
27 |
“Paşa-K” Firması |
Bakı şəhəri, Xətai rayonu, Xudu |
Məhsulun içlik vərəqində və qablaşdırılmasında bioloji aktiv qida məhsulu olmasını təsdiq edən məlumatlar qeyd edilməmişdir. |
28 |
“Zeytun Pharmaceuticals” MMC |
Bakı şəhəri, Nərimanov |
Bioloji aktiv qida məhsulunun qida təhlükəsizliyi sertifikatı yoxdur. |
Monitorinqlər zamanı nöqsan aşkarlanan apteklər və uyğunsuzluqlar barədə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
S/N |
Regional bölmə |
Müəssisənin adı |
VÖEN |
Müəssisənin ünvanı |
Aşkar olunan uyğunsuzluqlar |
1 |
Gəncə RB |
"Evro" aptek |
1401425191 |
Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsi 8 |
Üzərində Azərbaycan dilində markalanma mövcud deyil |
2 |
Gəncə RB |
"Gəncə" aptek |
1401425191 |
Gəncə şəhəri, Təbriz küçəsi 54 |
Üzərində Azərbaycan dilində markalanma mövcud deyil |
3 |
Şirvan-Salyan RB |
"Dokta 591 " aptek |
1401425191 |
Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 26A |
Üzərində saxlama müddəti 2 il qeyd edildiyi halda, içlik vərəqəsində 3 il qeyd edilmişdir. |
4 |
Quba-Xaçmaz RB |
"Dokta Sahib" aptek |
1401425191 |
Xaçmaz şəhəri, N.Nərimanov küçəsi |
Azərbaycan dilində markalanma aparılmamışdır. |
5 |
Quba-Xaçmaz RB |
"Dokta" aptek |
1401425191 |
Xaçmaz şəhəri, N.Nərimanov küçəsi |
Azərbaycan dilində markalanma aparılmamışdır. |
6 |
Şirvan-Salyan RB |
"Dokta 815" aptek |
1401425191 |
Şirvan şəhəri, Energetik küç., ev 9 |
Üzərində saxlama müddəti 3 il qeyd edildiyi halda içlik vərəqəsində 2 il qeyd edilmişdir. |
7 |
Gəncə-Daşkəsən RB |
"Zəfəran" aptek |
1500072561 |
Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Şeyxzamanov küçəsinin kəsişməsi |
Üzərində "dərman vasitəsi deyil və ya dərman vasitəsidir" qeydi yoxdur. |
8 |
Qarabağ RB |
"Kanon" aptek |
1500072561 - 40003 |
Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi |
Etiket məlumatların müxtəlif müalicəvi xarakterli təsirlər qeyd edilmişdir. |
9 |
Quba-Xaçmaz RB |
"Etibarlı" aptek |
1701688171 |
Qusar şəhəri, Şərifov küçəsi, ev 36 |
Son istifadə müddətinin bitməsi aşkar edilmişdir. |
Bioloji aktiv qida məhsullarının etiket və istifadə təlimatlarında qeyd olunan məlumatların dəyişdirilməsi halları ilə bağlı cədvəl
“Nes Group” Məhdud Məsuliyyətli Cəmiyyəti |
||||
Məhsulun adı |
İstehsal və son istifadə tarixi |
Partiya nömrəsi |
Satışı həyata keçirilən aptekin adı və ünvanı |
Aşkar edilmiş nöqsanlar |
“Fleksi Force Plus” |
11.2021-ci il-11.2023-cü il |
2101233 |
“Vita Apteklər” |
Məhsulun istifadə təlimatında müxtəlif xəstəliklərin kompleks müalicəsində, proflaktikasında istifadə olunan preparat kimi ifadələr qeyd edilmişdir. |
“Metifol” |
07.2021-ci il- 07.2024-cü il |
10515 |
||
“Zintox” |
05.2022-ci il- 05.2025-ci il |
20294 |
||
“Urifar” |
12.2021-ci il- 12.2024-cü il |
002 |
||
“Luvit-R” |
07.2021-ci il- 07.2024-cü il |
10516 |
“Kanon” aptek |
|
İdxalçı: “Nes Group” Məhdud Məsuliyyətli Cəmiyyəti |
||||
“Dreams Droops” |
07.2021-ci il- 07.2024-cü il |
10513 |
“Murad Farm” MMC Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4, blok1/8-9 |
Məhsullar idxal olunan zaman istifadə təlimatı və qablaşdırılması üzərində istehsalçı tərəfindən məhsulun istifadə qaydası müvafiq olaraq 12 yaşdan və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, idxalçı tərəfindən yaş həddi dəyişdirilərək “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” olaraq qeyd edilmişdir. |
“Dreams Droops” |
01.11.2020-ci il-01.11.2023-cü il |
00929 |
“AVİS” aptek |
Məhsullar idxal olunan zaman istifadə təlimatı və qablaşdırılması üzərində istehsalçı tərəfindən məhsulun istifadə qaydası müvafiq olaraq 7 yaşdan və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, idxalçı tərəfindən yaş həddi dəyişdirilərək “0 yaşdan başlayaraq müxtəlif yaş aralıqları üçün istifadəsi uyğundur” olaraq qeyd edilmişdir. |
İdxalçı: “Esam Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti |
||||
“Nevron” |
01.03.2021-ci il- 01.03.2023-cü il |
132 |
“Buta Farm” MMC Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, ev 3 |