30 may tarixində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 8 müəssisədə nöqsanlar müəyyən olunub.
“Sun Food” MMC-nin 22,164 ton yararsız süd məhsulu - MƏHV EDİLDİ
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
“Firudin” market |
Lerik şəhəri, Nizami küçəsi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
“Şəki Şirniyyatı” mağazası |
Qəbələ şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 |
“Turist” market |
Qəbələ şəhəri, H.Əliyev prospekti |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
4 |
“Sushi Azerbaijan” restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 83-85 |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
5 |
“Level 99” restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
6 |
“Həmzə” kafesi |
Şamaxı rayonu, Muğanlı kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
Səfərov Sərəsdan Bağır oğluna məxsus kafe |
Şamaxı rayonu, Muğanlı kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
8 |
Rəcəbov Sahib Vahid oğluna məxsus çayxana |
Şamaxı rayonu, Muğanlı kəndi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |