10 may tarixində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 7 müəssisədə nöqsanlar müəyyən olunub.
FED.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 2, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
İctimai aişə müəssisələri |
|||
1 |
“Bursa” restoranı |
Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 26C |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
“Biz-Bizə” restoranı |
Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 39 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
3 |
“Çinar” kafesi |
Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 4-cü mkr, ev 254 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 |
“Pəncərə” restoranı |
Bakı şəhəri, Yasamal rayonu, A.Mirzəyev küçəsi, ev 583 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
“Pizza Bruno” kafesi |
Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
6 |
“Xaniman” restoranı |
Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsi, ev 20 |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
7 |
“Həyat Garden” restoranı |
Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |