Bərdə rayonunun Mirzəxan kəndində yerləşən sexdə antisanitar vəziyyətdə saçaqlı pendir istehsalı və obyektin qeydiyyatdan keçmədən fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003 – Çağrı Mərkəzi”nə şikayət daxil olub.
AQTA-dan FED.az-a verilən məlumata görə, müraciət əsasında müvafiq qaydada araşdırmalar aparılıb.
Yoxlama nəticəsində müəssisənin “Yeyinti məhsulları haqqında” qanuna zidd olaraq, qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi qeydə alınıb. Nəticədə “İnzibati Xətalar Məcəlləsi”nin 220.2-ci maddəsi üzrə inzibati xətanı törətdiyinə görə məsul fiziki şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.