Almaniya xəstəxanalarında hazırda COVID-19 virusuna yoluxmuş 19 minə yaxın pasiyent stasionar müalicə alır. Bu rəqəm Almaniyada xəstəxanaların tezliklə mümkün həddindən artıq yüklənmə ilə bağlı qorxularını artırır.
Eləcə də bax: Səhiyyə Nazirliyi: Maskanın məcburi olub-olmaması - PAYIZDA BİLİNƏCƏK
FED.az xəbər verir ki, bu yaxınlarda ölkədə bu xəstəliyə yoluxmuş pasiyentlərin sayında görünməmiş artım qeydə alınıb. Bu, keçən həftə ilə müqayisədə 50 faizlik sıçrayışdır. Oktyabrın 12-ə ölkədə yoluxma əmsalı artıb və hər 100 min əhaliyə 799,9 hal təşkil edir. Reanimasiya şöbələrində də COVID-19 pasiyentlərin sayı artmaqda davam edir.
Almaniyada klinikalardakı baş həkimlər xəbərdarlıq edirlər ki, ölkədə qarşıdakı həftələr son dərəcə çətin olacaq. Əməkdaşlar arasında xəstəliyə yoluxanların sayında artım səbəbindən kadr çatışmazlığı səhiyyə sahəsi üçün əlavə yük yaradır. Koronavirus xəstələrinin artması infeksiyadan müdafiədə tədbirlərin gücləndirilməsi və yerdə qalan işçilərin üzərinə düşən yükün daha da çoxalması deməkdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabrın 3-dən 9-dək olan müddətdə həftə ərzində 2,9 milyona yaxın insanın koronavirus infeksiyasına yoluxduğunu açıqlayıb. Təşkilatın məlumatına görə, bu infeksiyadan 9 mindən çox insan həyatını itirib.
ÜST bildirib ki, əvvəlki 7 günlə müqayisədə yoluxmaların sayı 10%, ölənlərin sayı isə 1% azalıb. Bu barədə TASS agentliyi məlumat yayıb.
Xəstəliyin azalması Afrika (mənfi 41%), Cənub-Şərqi Asiya (mənfi 25%) və Qərbi Sakit okean regionunda (mənfi 21%) qeydə alınıb.
Avropada xəstəliyə tutulma dərəcəsi yalnız 3%, Amerikada 10% azalıb. Eyni zamanda, Amerikada koronavirusdan ölüm halları 11%, Qərbi Sakit okean regionunda isə 1% artıb.
Almaniyada bir həftə ərzində ən çox yoluxma sayı 508 749 təşkil edib.Ondan sonra Çin (333 830 nəfər), ardınca Fransa (323 787 nəfər), ABŞ (283 220 nəfər) və İtaliya (280 947 nəfər) gəlir.
Bu həftə ən çox ölüm halı ABŞ-da qeydə alınıb - 2817. Sonrakı yerdə Braziliya (767 nəfər), Rusiya (731 nəfər), Yaponiya (567 nəfər) və Çin (412 nəfər) dayanır.