Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
FED.az xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Şamaxı regional bölməsinin inzibati ərazi vahidinə daxil olan İsmayıllı rayonunun Qalıncaq kəndindəki alma bağlarında həyata keçirilən monitorinqlər zamanı ağaclarda dəmgil xəstəliyinə sirayətlənmə faktları aşkar edilib.
Monitorinq zamanı alma bağlarında həyata keçirilməsi zəruri olan aqrotexniki qulluq qaydaları, bitki mühafizəsi və karantini tədbirləri haqqında bağ sahiblərinə metodiki göstərişlər verilib.