Tədqiqatçılar koronavirus səbəbindən ölən 29 yaşlı xəstənin ekspertizasını həyata keçirdikdən sonra gözləmədikləri nəticə ilə üzləşiblər. Belə ki, COVID-19-un insan öldükdən sonra belə onun ağciyərində yaşadığı məlum olub.
Eləcə də bax: Son bir sutkada koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI
FED.az məlumat verir ki, Çinin rəsmi “Xinhua” xəbər agentliyi bunu Pekin Universitetinin Birinci Xəstəxanasında çalışan yoluxucu xəstəliklər üzrə mütəxəssislərə istinadla bildirib.
Elm adamlarının sözlərinə görə, ekspertiza zamanı xəstənin immun sisteminə ciddi ziyan dəydiyi və bunun da ölümə gətirib çıxardığı bəlli olub.
Alimlər, həmçinin bu virusun xəstənin ürək, qaraciyər və böyrəklərinə də fərqli dərəcədə zərər verdiyini müəyyən edib.
Oxu